image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-876655

Xilaskarlıq missiyasını öz üzərinə götürən  LİDER

image-legitimaz-810x90

Xilaskarlıq missiyasını öz üzərinə götürən  LİDER

Hər bir xalqın özünəməxsus inkişaf yolu, zəngin mədəni irsi, dünyanın  mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə töhfələr verə biləcək yolu, fəaliyyəti olur. Təbii ki, bu yolun və inkişafın müəyyənləşdirilməsini unikal düşüncəyə, fenomen bilik və bacarığa malik liderlərin rəhbərliyi ilə həyata keçirilir.  O zəkaya, bacarığa malik lideri olmayan xalq ciddi problemlər, xaos və anarxiya ilə üzləşməli olur. Reallıq ondan ibarətdir ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı onu arxasınca apara biləcək liderə malik olmadığından həlli çətin olan problemlərlə qarşılaşmalı olmuşdur. O dövrdə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, dövlətin xarici siyasi kursunu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi.  Bu çatışmamazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyətin idarəolunmaz durumda olmasından istifadə edən erməni terror maşını ölkəmizin müxtəlif ərazilərində terror aktları həyata keçirir və bununla da xalqı qorxu altında saxlamağa çalışırdılar. Eyni zamanda erməni hərbi birləşmələri ardıcıl olaraq tarixi torpaqlarımızı işğal edir, evləri yandırır, qarət edir insanları yurd–yuvalarından didərgin salırdılar. Azərbaycan xalqı problemlərin aradan qaldırılması üçün AXC- Müsavat iqtidarına çağırışlarla müraciətlər etsələr də, bu çağırışlara, etirazlara əhəmiyyət verilmirdi. Əksinə AXC-Müsavat iqtidarı narazı xalqı zor gücünə susdurmağa çalışırdılar. Hadisələrin kuliminasiya nöqtəsi 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr oldu.

O qarışıq, çətin dövrdə ölkəmizdə vətəndaş müharibəsi qaçılmaz idi. Belə ağır, çətin dövrdə aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə ölkə ziyalıları 1992-ci ilin oktyabrın 16-da xalqın tribunası rolunda çıxış edən “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı.  Dahi Öndərimiz Heydər Əliyev 21 oktyabr 1992-ci ildə ziyalılara cavab məktubunda xalqın problemlərini, üzləşdiyi faciələri gördüyünü və xalqla bir yerdə həmin problemləri aradan qaldırmağa hazır olduğunu bəyan etdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Beləliklə xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.  Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin  əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki