image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568490636_1369860041160437_173210413415282604_n

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir

image-legitimaz-810x90

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir

Azərbaycan və Qazaxıstan əlaqələri hər zaman yüksək səviyyədə olub. Çünki xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Ölkələrimiz arasında siyasi təmasların davamlı olaraq inkişaf etdirilməsi bu əlaəqləri daha da möhkəmləndirir. Azərbaycan-Qazaxıstan əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Cənab Prezidentin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regiondakı geosiyasi proseslərə dair ortaq mövqelərin formalaşdırılması hədəflənib.

İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil də mövcuddur. Bu, ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Ən önəmli nüans ondan ibarətdir ki, iki dost ölkənin liderlərinin – Kasım-Jomart Tokayev və İlham Əliyevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu il qarşılıqlı ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb. Qardaşlıq əlaqələrinin ən gözəl təcəssümü kimi Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

 

Gülağa İsgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki