image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-615238426_1433033811509726_4627405142087868869_n

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

image-legitimaz-810x90

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.

Müasir beynəlxalq münasibətlər sistemində sülhün əldə olunması və qorunması ən çətin, eyni zamanda ən vacib məqsədlərdən biri hesab olunur. Xüsusilə uzun illər davam edən münaqişələr, dərinləşmiş qarşılıqlı etimadsızlıq və tarixi travmalar fonunda sülh ideyası bir çox hallarda əlçatmaz kimi görünür. Lakin Azərbaycan Respublikasının son illərdə keçdiyi yol göstərir ki, güclü siyasi iradə, realist yanaşma və beynəlxalq dəstək olduğu təqdirdə, ən mürəkkəb münaqişələr belə sülh yolu ilə həll oluna bilər. Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər məhz bu həqiqəti bir daha təsdiqlədi. Onun çıxışı təkcə bir mükafatın qəbulu deyil, eyni zamanda sülh fəlsəfəsinin, dialoq mədəniyyətinin və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin təbliği idi. Prezidentin vurğuladığı kimi, Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşamış, indi isə sülhü öyrənən bir ölkədir.Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın ideyaları xüsusi əhəmiyyət daşıyır. Onun insan qardaşlığı, tolerantlıq və sülhə əsaslanan baxışı bu gün də aktuallığını qoruyur. Şeyx Zayedin adını daşıyan mükafatın məhz sülh prosesinə töhfə verən liderlərə təqdim olunması təsadüfi deyil. Bu mükafat xalqlar arasında etimadın qurulmasına xidmət edən simvolik bir platformadır. Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması region üçün tarixi əhəmiyyət daşıyır. Vaşinqton Zirvə Görüşündən sonra keçən altı ay ərzində tərəfdaşlıq, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan addımlar atılmışdır. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq sülhün praktik nəticələrini açıq şəkildə göstərir. Bu prosesin mühüm cəhətlərindən biri də beynəlxalq ictimaiyyətin dəstəyidir. ABŞ Prezidenti Donald Trampın vasitəçilik rolu, Əbu-Dabi və Vaşinqton kimi neytral və etibarlı platformaların seçilməsi sülh danışıqlarının uğurla nəticələnməsinə şərait yaratmışdır. Eyni zamanda, dini liderlərin – Əl-Əzhərin böyük imamı və Roma Papasının – sülhə verdiyi mənəvi dəstək dinlərarası dialoqun real nəticələr verə biləcəyini nümayiş etdirmişdir. Nəticə etibarilə, Azərbaycanın təcrübəsi sübut edir ki, uzunmüddətli münaqişələr taleyin dəyişməz hökmü deyil. Qarşılıqlı siyasi iradə, praqmatik yanaşma və beynəlxalq əməkdaşlıq sayəsində sülh mümkündür. Bu model hələ də müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi rolunu oynaya bilər. Əbu-Dabidə keçirilən mükafatlandırma mərasimi isə bu sülh yolunun həm rəmzi, həm də praktik təsdiqi kimi tarixə düşür.

 

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta məktəbin direktoru E.Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki