image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-df59406a-9f34-4b81-9ba4-908e1d2eede3

Ümummilli liderin dəyişməz siyasi kursu

image-legitimaz-810x90

Ümummilli liderin dəyişməz siyasi kursu

1993-cü il oktyabrın 3-ü yalnız siyasi tariximizin bir səhifəsi deyil, milli varlığımızı qoruyan, dövlətimizi gələcəyə daşıyan tarixi bir gündür. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqil dövlət kimi yaşamasını təmin etmiş, xalqımıza inam və nikbinlik bəxş edib. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu.  Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi. Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı, Azərbaycan Avropa Şurasına qəbul edildi, Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi, ən əsası azərbaycançılıq ideyası, milli özünüdərk gücləndirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyası işlənib hazırlandı, “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı, tarixi İpək Yolunun bərpasına başlandı.

Ümummilli Lider Heydər Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Ümummilli Lider beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirdi, Azərbaycanın sülhpərvər siyasətini dünya ictimaiyyətinə çatdırdı, ölkəmizin mövqeyini möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti bu gün də Azərbaycan üçün yol xəritəsi rolunu oynayır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də həmin sarsılmaz təməllər üzərində qurulub. Azərbaycanın güclənməsi, müstəqilliyimizin əbədiliyi, suverenliyimizin bərpası və xalqımızın firavan gələcəyi məhz Ümummilli Lider Heydər Əliyevin qoyduğu ideoloji və siyasi bünövrədən qaynaqlanır. Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etməklə Ulu Öndərimizin xalqımız üçün ən böyük arzusunu həyata keçirmiş oldu.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki