Ulu Öndərin dünya miqyaslı siyasi peşəkarlığı
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlər ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın əsl Qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz etmək ondan da çətindir. Bu baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli Lider hələ 1969-1982-ci illərdə Azərbaycanı gələcəkdə müstəqil görərək biri-birindən mühüm addımlar atmış, zəngin iqtisadi potensial yaratmışdı. İndiki və gələcək nəsil dövlət müstəqilliyimizin daimiliyinin təmin edilməsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu dərk etməklə yanaşı, onun uğurlu siyasəti nəticəsində bugünkü qalib Azərbaycanın vətəndaşı olduqları üçün fəxr edir və edəcəklər. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır.
Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu..Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlrımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident cənab İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Cənab Prezident İlham Əliyevin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa, dövlət maraqlarımızın müdafiəsinə yönələn siyasəti nəticəsində tarixi Zəfərə imza atdıq. Bu gün tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Vasif Məmmədov –Vətən müharibəsi iştirakçsı