image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1743873008-1721412414-qeza

Ucarda ağır qəza baş verib, xəsarət alanlar var

image-legitimaz-810x90

Ucarda minik maşını yük maşınına çırpıldı, yaralılar var

Xeberaz.info“-nun məlumatına görə, hadisə Alpout kəndi istiqamətindən keçən Bakı-Qazax avtomagistralında baş verib. “Mersedes” markalı avtomobilin  “Kamaz” markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər Gəncə sakini çoxsaylı bədən xəsarətləri alıb. 1977-ci il təvəllüdlü Səyyub Allahverdiyev, 1967-ci il təvəllüdlü Aygün Məmmədova, 1998-ci il təvəllüdlü Fərəhxanım Hüseynova və 1983-cü il təvəllüdlü Tural Hüseynov rayon xəstəxanasına çatdırılıb.

Daha sonra durumu ağır olan Səyyub Allahverdiyev və Tural Hüseynov Göyçay xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdlrma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki