Nə qədər ki, gec deyil, İran hökuməti razılığa gəlməlidir.
Xeberaz.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
Amerika prezidentinin sözlərinə görə, ABŞ ordusu “hələ İranda qalanları məhv etməyə başlamayıb”: “Növbəti körpülər, sonra isə elektrik stansiyaları olacaq! Hakimiyyətdəki yeni rejim nə edilməli olduğunu bilir və bunu tez bir zamanda etmək lazımdır!”
Qeyd edək ki, dünən Əlborz əyalətinin hakimiyyət orqanları İranın ən mürəkkəb mühəndislik strukturlarından biri hesab edilən körpünün zərbə nəticəsində dağıdıldığını açıqlayıb.


























