Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.
Xeberaz.info-nun məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri – əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar.
Belə ki, onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


























