image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6890e438edfe46890e438edfe517543260726890e438edfe26890e438edfe3

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanıldı – VİDEO

image-legitimaz-810x90

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Xeberaz.info”a verilən məlumata görə, onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanıldı - VİDEO

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki