image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17593131125038641109_1200x630

Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır

image-legitimaz-810x90

Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir. Eyni zamanda, İtaliya rəhbərinin Bakı səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir.

Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya  prezidenti isə Azərbaycanı ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi.

Görünən odur ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Burada etibarlı tərəfdaşlıq amili ən başlıca şərtlərdəndir. Bundan başqa, tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Məhz bu baxımdan, İtaliya hər zaman Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olacaq.  Bu səfərin həm beynəlxalq kontekst, həm enerji təhlükəsizliyi baxımından, həm də iqtisadi-ticari və humanitar istiqamətlərdə əhəmiyyətli nəticələri olacaq.

Enerji sahəsində tərəfdaşlıq artıq uzun müddətdir ki, hər iki ölkənin diqqət mərkəzindədir. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Cənab prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Üstəlik, ildən-ilə Azərbaycanın enerji tərəfdaşlığının əhatə dairəsi artmaqdadır.

Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci sıradakı yerini qorumaqdadır.

Trans-Adriatik Qaz Boru Kəməri TAP  layihəsi ilə Azərbaycan qazının İtaliyaya və oradan da Avropanın digər ölkələrinə ötürülməsi enerji təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın təkcə İtaliya ilə deyil, bütün Avropa Birliyi ölkələri ilə geniş iqtisadi əməkdaşlıq imkanları mövcuddur və bu imkanlar tezliklə əməli fəaliyyətlə öz təsdiqini tapacaq. Yəqin ki, indi buna heç kəsin şübhəsi yoxdur.

İtaliya Prezidentinin Sercio Mattarellanın Bakıya ikinci rəsmi səfəri həm mövcud tərəfdaşlığın daha da irəliləməsi, həm də hər iki tərəf üçün yeni-yeni imkanlar yaranması baxımından strateji əhəmiyyət kəsb edir. Diqqətçəkən məqamlardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamasıdır. Qlobal dünyada baş verən siyasi-iqtisadi təlatümlər fonunda Azərbaycan qoca qitənin yalnız önəmli deyil, həm də öndə gələn qoruyucu enerji mələyinə çevriləcək.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki