Rusiya 2026-cı ildə Azərbaycan, İran və Qazaxıstanın iştirakı ilə Xəzər dənizində çoxtərəfli hərbi dəniz təlimlərinin keçirilməsini təklif edib.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə naviqasiya təhlükəsizliyi, dəniz təsərrüfat obyektlərinin mühafizəsi, eləcə də axtarış-xilasetmə əməliyyatları müzakirə olunacaq.
Nazirlik vurğulayıb ki, Xəzər dənizində istənilən əməliyyatlar müstəsna olaraq sahilyanı dövlətlər tərəfindən həyata keçirilməlidir.