image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-resiz-1574674760

Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü

image-legitimaz-810x90

Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü.

Zəngilan rayonunun qədim tarixi, coğrafiyası və strateji əhəmiyyəti hər zaman bölgə üçün önəmli olmuşdur. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü ilə Zəngilan Zəngəzur qəzasının tərkibində olmuşdur. 1828-ci ildə Rusiyanın apardığı yeni inzibati bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdir. Zəngilanla birlikdə Sisyan, Qafan, Mehri, Qubadlı və Laçın da bu inzibati bölgüyə daxil edilmişdir. Çar Rusiyasının havadarlığı ilə 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin azərbaycanın digər bölgələrində olduğu kimi Zəngəz mahalında törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli türk-müsəlman əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi.

Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cumhuriyyəti tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Zəngəzurun Ermənistana “bağışlanması” 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altına keçdi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etdi. 1920-ci il 28 aprelində bolşeviklərin yardımı ilə Zəngəzur qəzası ermənilər tərəfindən işğal edildi. Bu prosesdə qədim türk torpaqları olan Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana verildi. Nəticədə, Zəngəzur qəzasının böyük hissəsi Ermənistanın tərkibinə keçdi, ancaq Zəngilan, Laçın və Qubadlı Azərbaycan ərazisində qaldı. Prezident cənab İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki