image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-624883934_1451306826349091_23275774162565697_n

Prezident İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması tarixi hadisə idi

image-legitimaz-810x90

Prezident İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması tarixi hadisə idi

Ölkəmizin başçısı da təqdimetmə mərasimində bu yüksək mükafata layiq görülməsi ilə bağlı öz minnətdarlığını çatdırıb. Sözsüz ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsi ölkəmizə və onun Liderinə olan yüksək hörmət və etimadın bariz nümunəsidir.”

Dövlətimizin başçısının da vurğuladığı kimi bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından bir çox ölkələr üçün nümunədir: “Bu ölkə həmçinin dinlərarası dialoqun inkişafı, sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində ardıcıl işlər görür.

Bu gün Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyəti regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyətə malikdir. Ölkəmizin başçısı da təqdimetmə mərasimində çıxışında atılan tarixin addımların əhəmiyyətinə toxundu. 30 ildən artıq müddətdə müharibə şəraitində yaşamış iki dövlətin artıq sülh şəraitində yaşadığı bir daha bəyan edildi. Ötən ilin avqustunda əldə edilən tarixi nəticələrlə son altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş aylarının olduğu xüsusi olaraq vurğulandı”.

Prezident İlham Əliyevə Zayed İnsan Qardaşlığı Mükafatının təqdim olunması – qlobal həmrəylik və multikultural dəyərlərin beynəlxalq müstəvidə təntənəsi kimi də xarakterizə olunur: “Müasir dünyada sülhün, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun təşviqi bəşəriyyətin ən aktual çağırışlarından birinə çevrilib. Bu baxımdan, dövlətlərarası münasibətlərdə humanist dəyərlərin qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu ali məqsədlərə xidmət edən nüfuzlu beynəlxalq mükafatlardan biri – “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezidenti İlham Əliyevə təqdim olunmaqla, ölkəmizin multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi ardıcıl və prinsipial siyasətə yüksək qiymət verildiyini bir daha təsdiqlədi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə mühüm töhfə verən dövlət xadimlərinə, ictimai liderlərə və təşkilatlara təqdim olunur. Bu mükafat öz adını Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, humanizm və müdrik idarəçilik nümunəsi olan Şeyx Zayed bin Sultan Al Nəhyanın irsindən götürərək, insan qardaşlığı ideyasını qlobal miqyasda təbliğ edir.

Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi, ilk növbədə, Azərbaycan dövlətinin multikulturalizm, dini tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində apardığı məqsədyönlü siyasətin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Tarixən müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin dinc yanaşı yaşadığı Azərbaycan bu gün də tolerantlıq modelini real dövlət siyasəti səviyyəsində qoruyub saxlayır və inkişaf etdirir”.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri azad və bərabər hüquqlarla fəaliyyət göstərir, dini-mədəni irsin qorunması və bərpası dövlət tərəfindən həyata keçirilir: “Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar bərpa olunur, dini icmalar arasında dialoq və əməkdaşlıq təşviq edilir. Bu yanaşma təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da Azərbaycanı etibarlı tərəfdaş və sülh tərəfdarı kimi tanıdır.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki