Yeni tədris ilinin başlanması ilə yanaşı, müəllimlərin rolu və üzərlərinə düşən məsuliyyət bir daha gündəmə gəlir. Bu məsuliyyətin uğurla yerinə yetirilməsi isə yalnız müəllimin peşəkarlığı ilə deyil, həm də ailə və məktəb arasında düzgün əməkdaşlıqla mümkündür. Uzun illərin pedaqoji təcrübəsinə malik olan müəllim Arzu Qurbanova ilə təhsildəki yeniliklər, qarşıya qoyulan hədəflər və müəllim-valideyn münasibətlərinin əhəmiyyəti barədə söhbət etdik.
Müsahibimiz pedaqoji fəaliyyətində daim şagirdlərlə mehriban münasibət qurmağa çalışdığını, onların savadlı və uğurlu gələcəyi üçün əzmlə çalışdığını bildirir. Arzu xanım həmçinin hesab edir ki, təhsilin inkişafında müəllim və valideynin birgə əməkdaşlığı həlledici rol oynayır.
– Arzu xanım, əvvəla, sizi həm müəllimlər günü, həm də yeni tədris ili münasibəti ilə təbrik edirik. Sizə peşə fəaliyyətinizdə uğurlar arzu edirik. Bu ilki tədris ilindən gözləntiləriniz nələrdir?
– Çox sağ olun. Gözləntilərim odur ki, tədris etdiyim fənni çox gözəl tədris edim. Uşaqlar çox bilik əldə etsinlər. Gələcəkləri uğurlu olsun. Əsas odur ki, hər il savadlı uşaqlar yetişsin.
– Siz artıq uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşgul olursunuz. Yaxşı pedaqoq özündə hansı keyfiyyətləri birləşdirməlidir?
– Yaxşı pedaqoq uşaqlarla şirin, mehriban danışmalıdır. Bir ana kimi onlara qayğı göstərməlidir.
– Son zamanlarda təhsil sahəsində sizi narahat edən məqamlar hansılardır?
– Mənim dərsimdə belə hallar olmur. Amma yuxarı sinif şagirdlərinə, təəssüflər olsun ki, valideynləri telefon verirlər. Müəllim istər-istəməz bir uşağın üstünə acıqlananda şagirdlər onu çəkib internetdə paylaşırlar. Müəllimə hörmətsizlik edirlər. Halbu ki, müəllimlik ən böyük hörmətə layiq bir peşədir.
– Uşaqlarda təhsilə olan olan marağın hazırkı səviyyəsi sizi qane edirmi?
– Bəli, qane edir. Çünki indi şagirdlərin istifadə etməsi üçün cürbəcür vəsaitlər var. Ona görə də dərsi maraqlı və əyləncəli keçir. Bizim ailə məktəbə daxil olan şagirdlərimizin sayı ildən-ilə artır. Bu da təhsilin daha da yaxşılaşdığının göstəricisidir.
– Təhsilin keyfiyyətini daha da yaxşı etmək üçün hansı addımlar atılmalıdır?
– Ən əsası, müəllimlə valideyn bir olmalıdır. Bir yerdə işləməlidir. Valideyn müəllimi dinləməlidir. Çünki o özü də nə zamansa şagird olub. Uşaga fikir verməlidir ki, dərsində diqqətli olsun. Onda təhsilin səviyyəsi də yaxşı olacaq.
– Sonda nə dəmək istərdiniz?
– Bu dərs ii hər kəsə düşərli olsun. Valideynlər övladlarını görmək istədikləri kimi görsünlər. Ölkəmiz hər zaman firavan olsun, sülh olsun, müharibə olmasın. Valideynlər gözüyaşlı olmasınlar. Ən gözəl arzulardan biri də valideynlərlə müəllimlərin bir yerdə işləməsidir.
Əlaqə nömrəsi: (+99451) 917 36 47
MUMtv.az kollektivi olaraq, gələcəyimizin formalaşmasında misilsiz rolu olan bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, əzm, ruh yüksəkliyi və gələcək nəsillərin yetişdirilməsində uğurlar arzu edirik. Əməliniz daim uca tutulsun, zəhmətiniz hər zaman dəyərləndirilsin!