image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zefer-768x590

Ordumuzun peşəkarlığı

image-legitimaz-810x90

Ordumuzun peşəkarlığı

1988-ci ildən başlayaraq Еrmənistanla və Qarabağla sərhəddə yеrləşən Qubadlı rayonuna hər tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Dağıntılar sadalananlarla bitmir. Bütün tikililər yerlə-yeksan edilmişdi. Azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliklərinin dünyaya təqdimatıdır.

Prezident cənab İlham Əliyev 2020-ci il 23 dekabr tarixində Qubadlıda Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bu məqamları  xüsusi qeyd etmişdir ki, 44 gün ərzində bu ərazini işğaldan azad,  düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır. Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda,  taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat,  bütün bu amillər  və xalq-iqtidar birliyi Qələbəmizi şərtləndirdi. Cənab Prezident  bu məqamı da böyük qürur hissi ilə qeyd etmişdir ki, bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi  azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Həmin vaxtdan ötən beş ildə azad edilmiş ərazilərimizdə, o cümlədən Qubadlıda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilir. Qubadlının yeni inkişaf tarixi başlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki