image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558212733_1360308348782273_8216624009369631508_n

Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir

image-legitimaz-810x90

Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir

Prezident cəna İlham Əliyevin Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı beynəlxalq siyasətə yanaşmasının mahiyyətini – praktik realizm və humanitar diplomatiyanın vəhdətini aydın şəkildə ortaya qoydu. Cənab Prezident bir daha göstərdi ki, Azərbaycanın xarici siyasət doktrinası təkcə siyasi maraqlarla deyil, həm də mədəni, humanitar və mənəvi dəyərlərlə uzlaşır. Azərbaycan Müstəqil Dövlətlər Birliyi daxilində etibarlı tərəfdaş, sabitlik dayağı və əməkdaşlıq mədəniyyətinin təşviqçisidir. Bu mövqenin formalaşmasında ölkəmizin balanslaşdırılmış siyasəti, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə sadiqliyi mühüm rol oynayır. Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycanın fəal rolu həm də Prezident İlham Əliyevin şəxsiyyətindən və liderlik vizyonundan qaynaqlanır. Onun təşəbbüsləri sayəsində ölkəmiz təkcə regional deyil, həm də beynəlxalq müstəvidə əməkdaşlıq, sabitlik və inkişafın etibarlı dayağına çevrilib.

Prezident cənab İlham Əliyevin çıxışı həm dost Tacikistanla münasibətlərdə, həm də Müstəqil Dövlətlər Birliyi dövlətləri ilə əməkdaşlıqda qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslanan siyasətin bariz nümunəsidir. Laçının Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilməsi və Gəncədə Müstəqil Dövlətlər Birliyi Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə mədəni və idman diplomatiyasını yeni zirvəyə qaldırdı. Azərbaycan bu gün təkcə öz milli inkişafına deyil, həm də regionda sabitliyin qorunmasına, xalqlar arasında birliyin möhkəmlənməsinə böyük töhfə verir. Düşənbə çıxışı bu istiqamətdə növbəti mühüm mesaj oldu. Bir sözlə, Prezident cənab İlham Əliyevin Düşənbədəki çıxışı Müstəqil Dövlətlər Birliyi məkanında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxış Azərbaycanın beynəlxalq siyasətdə liderlik, sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqlədi. Azərbaycan artıq təkcə regionun deyil, bütün Müstəqil Dövlətlər Birliyinin inkişafında mühüm rol oynayan, təşəbbüskarlığı ilə seçilən bir dövlətdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki