image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-vladimir-alekseyev1

Moskvada güllələnən general əslən ukraynalıdır

image-legitimaz-810x90

Bu gün Moskvada güllələnən general-leytenant Vladimir Alekseyev əslən ukraynalıdır.

Xeberaz.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Alekseyev Ukraynanın Vinnitsa vilayətinin Qolodki kəndində anadan olub.

Rusiyanın Ryazan şəhərindəki desant məktəbini bitirən Alekseyev 2011-ci ildən Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavinidir.

General Ukraynaya hava hücumları üçün hədəflərin kəşfiyyatına cavabdeh idi.

Rusiya mətbuatı yazır ki, Vladimir Alekseyev “Vaqner” özəl hərbi şirkətinin yaradıcılarından və kuratorlarından biri olub.

Böyük Britaniya hökuməti onu Solsberidə Sergey Skripala qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki