image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-86ecfcbc17581935489106603681030780

Lokal xarakterli antiterror əməliyyatının əhəmiyyəti

image-legitimaz-810x90

2020-ci ilin 27 sentyabrında Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu irəliləyiş yalnız hərbi güc deyildi, həm də xalqın milli birliklə səfərbər olması idi. Hər bir əsgər, zabit “öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılırdı. Bu müharibə xalqın ordusuna sonsuz inamını, ordunun isə xalqa bağlılığını göstərdi. Qələbəyə gedən yol təkcə cəbhədə qazanılmadı, bu, həm də diplomatiya, informasiya siyasəti, qlobal siyasi müstəvilərdə balanslaşdırılmış mövqelər sayəsində mümkün oldu. Azərbaycan bu dövrdə qardaş Türkiyə ilə strateji birliyini gücləndirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasına və Azərbaycanın suverenliyinin bərpa edilməsinə gətirib çıxardı. Qısa müddət sonra keçirilmiş antiterror əməliyyatı nəticəsində separatçıların son qalıqları da məhv edildi və Azərbaycan suverenliyini tam şəkildə bərqərar etdi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Bu Zəfər yalnız torpaqların azad olunması deyil, həm də milli ruhun, tarixi ədalətin bərpası idi. Bu gün şəhidlərimizin ailələri, qazilərimiz dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunur. “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Bu Zəfər bizim kimliyimizi müəyyənləşdirir. O, gələcək nəsillərə milli qeyrət, vətən sevgisi və birliyin əhəmiyyətini anlatmağa davam edəcək. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”

8 Noyabr – azadlığımızın, şərəfimizin, milli qürurumuzun günüdür. Bu gün tarix yazan qəhrəmanlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyir, dövlətimizin gücünə və gələcəyinə inamla irəli baxırıq.

 

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki