Azərbaycan Respublikası Prezidentinin 31 mart 2026-cı il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan minatəmizləyənlərin – Seymur Rəşid oğlu Namazov və Raqif Deputat oğlu İsayevin 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edib.
Xeberaz.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Vurğulanıb ki, təqaüdün aylıq məbləği 700 manatdır.
Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, Fərmana əsasən ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.


























