image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-gul-ekmek

Ərini öldürüb həyətdə basdırdı, üstünə gül əkdi…

image-legitimaz-810x90

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

DİN-in Mətbuat xidmətindən Xeberaz.info-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

***

Bakıda itkin düşdüyü deyilən, sonradan qətlə yetirildiyi məlum olan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi məlum olub. Müəyyən edilib ki, qadın izi itirmək üçün həyat yoldaşının meyitini yaşadığı evin həyətində basdırıb. Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib. O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki