image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-530234209_1310176993795409_3154955325585163703_n

Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq

image-legitimaz-810x90

Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması, sadəcə, iki ölkə arasında 30 illik münaqişədən sonra diplomatik bir sənədin imzalanması yox, Cənubi Qafqazın siyasi, iqtisadi, hərbi palitrasını dəyişən möhtəşəm tarixi hadisə idi. Bu, uzun illər aparılan ardıcıl siyasətin, gərgin əməyin, Prezident cənab İlham Əliyevin hərbi və siyasi qətiyyətinin məntiqi nəticəsidir.

Bir anlığa siyasi ardıcıllığa diqqət edək: İlham Əliyev hakimiyyətinin ilk günlərindən siyasətini güclü dövlət prinsipi üzərində qurdu. Əvvəlcə dövlətin iqtisadiyyatını, sonra hərbi gücünü formalaşdırdı. Şübhəsiz, bu, bir aksiomdur. Güc olmadan ədaləti təmin etmək mümkün deyil. Biz güclənib torpaqlarımızı işğaldan azad etdik!

2020-ci ildə ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin əsas hədəfi hərbi qələbəni sülh sazişi ilə tamamlamaq idi. Bu, yalnız qalib gəlmək deyil, həm də regionda yeni nizamın təməlini qoymaq uğrunda aparılan bir siyasi mücadilədi. Əsas hədəf davamlı və əbədi sülhü qazanmaq idi! Bunun üçün isə həm də İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizi açılmalı idi. Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, Zəngəzur dəhlizinin açılışı iqtisadi cəhətdən dalana dirənmiş Ermənistanın da xilası deməkdir. Dəhliz açılarsa, regionda davamlı sülh olar. Zəngəzur dəhlizi məsələsi Prezident cənab İlham Əliyevin dahi gedişlərindən biridir. Dəhliz yalnız Naxçıvana quru yolun açılması deyildi, həmçinin tarixi parçalanmanın sonu, qovuşmanın başlanğıcıdır.

Təxminən 5 ilə yaxın idi ki, Ermənistan məsələni yubatmağa, “sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olurdu. Buna baxmayaraq, artıq cəsarətlə Azərbaycan ən böyük məqsədlərindən birinə – Zəngəzur dəhlizinin açılmasına nail oldu deyə bilərik. Bu gün dəhlizin “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir.

ABŞ-nin bu marşrutda yeganə eksklüziv tərəfdaş statusu isə Azərbaycanın diplomatik meydanda nə qədər incə və uzaqgörən hərəkət etdiyini göstərir. Dəhlizin iqtisadi əhəmiyyətindən danışarkən bunu yalnız “Əsrin müqaviləsi” ilə müqayisə etmək olar. Şübhəsiz ki, bu marşrut Cənubi Qafqazın və Mərkəzi Asiyanın siyasi yönümünə də təsirsiz ötüşməyəcək. Üstəlik, ABŞ-nin dəhlizə nəzarət etməsi Rusiyanın Cənubi Qafqaza nəzarətinin tamamilə zəifləməsi, bəlkə də onu itirməsi deməkdir.

Vaşinqton sazişi həm də Azərbaycanın beynəlxalq aləmdə yeni mövqeyinin göstəricisidir. Rusiya və İranın təsirinin zəiflədiyi bir vaxtda ABŞ kimi qlobal gücün regiona strateji tərəfdaş qismində daxil olması İlham Əliyevin dünya siyasətində çoxvektorlu, amma milli maraqlara söykənən kursunun nəticəsidir.

Zəngəzur dəhlizinin idarə edilməsinin ABŞ-də olması ölkəmizin milli təhlükəsizliyinə birbaşa müsbət təsir göstərən strateji məsələdir. Şübhəsiz ki, indi dəhliz məsələsini “qırmızı xətlər” elan edənlər anlayırlar ki, çaşsalar başlarına gələcək bəlaları birbaşa dünyanın şəriksiz güc sahibi ABŞ ilə müzakirə etməli olacaqlar.

Prezident cənab İlham Əliyevlə Prezident Tramp arasındakı uğurlu əməkdaşlığın ilkin nəticəsi olaraq ABŞ lideri tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalandı.

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki