image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6tygbejtxn_038_

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və nəzarətində olmuşdur

image-legitimaz-810x90

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və nəzarətində olmuşdur

 Azərbaycan Respublikasında gənclər siyasətinin formalaşması və sistemli şəkildə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər gəncləri ölkənin gələcək inkişafının əsas təminatçısı kimi qiymətləndirmiş, onların cəmiyyətin bütün sahələrində fəal iştirakını strateji vəzifə hesab etmişdir. Məhz bu baxış bucağı gənclər siyasətinin dövlət səviyyəsində prioritet istiqamətə çevrilməsinə səbəb olmuşdur.

1996-cı il 2 fevral tarixində keçirilmiş I Azərbaycan Gənclər Forumu ölkədə dövlət–gənclər münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi tarixə düşmüşdür. Bu forum gənclərin problemlərinin, təklif və təşəbbüslərinin birbaşa dövlət rəhbərliyinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Forumun nəticəsi olaraq gənclərlə bağlı ardıcıl qərarlar qəbul edilmiş, 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi rəsmiləşdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Konstitusiyası, dövlət proqramları, fərman və sərəncamlar gənclərin sosial rifahının yaxşılaşdırılmasına, təhsilə çıxış imkanlarının genişləndirilməsinə, məşğulluğun təmin olunmasına və sağlam, vətənpərvər gənc nəslin formalaşdırılmasına xidmət edir. Bu gün Azərbaycan gəncliyi dövlətin yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edir, elm, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində mühüm nailiyyətlər əldə edir. Gənclərin könüllülük hərəkatında, sosial layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirakı cəmiyyətin inkişafına mühüm töhfə verir.

Ümumilikdə, Azərbaycan gənclər siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Bu siyasət güclü dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik və müasir çağırışlara uyğun inkişaf prinsiplərinə əsaslanır. Güclü və davamlı Azərbaycanın gələcəyi məhz savadlı, məsuliyyətli və fəal gənclərin üzərində qurulmuşdur.

Cəlal Mecidli – Zərdab Gənclər evi, Metodist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki