image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-photo_136072

Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq

image-legitimaz-810x90

Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq.

 

Son illərdə Cənubi Qafqaz regionunda baş verən siyasi proseslər regionun gələcək inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Uzun müddət davam edən münaqişələr və qarşıdurmalar region ölkələrinin iqtisadi əməkdaşlıq imkanlarını məhdudlaşdırmış, nəqliyyat və ticarət əlaqələrinin inkişafına mane olmuşdur. Lakin son dövrlərdə atılan diplomatik addımlar və aparılan danışıqlar regionda yeni sülh və əməkdaşlıq mərhələsinin formalaşması üçün əlverişli şərait yaradır.

2026-cı il martın 11-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda regionda sülh prosesinin gələcək perspektivləri və nəqliyyat əməkdaşlığının inkişafı məsələləri qeyd olunmuşdur. Bəyanat Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız siyasi sabitlik üçün deyil, həm də regional iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyır. Sərhədlərin açılması, nəqliyyat və logistika marşrutlarının bərpası region ölkələri üçün yeni ticarət və əməkdaşlıq imkanları yarada bilər. Bu baxımdan Azərbaycan son illərdə beynəlxalq nəqliyyat layihələrində fəal iştirak edərək Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevrilmişdir. Xüsusilə Orta Dəhliz layihəsinin genişləndirilməsi regionun qlobal ticarət sisteminə inteqrasiyasını daha da gücləndirə bilər.

Regionda sabitliyin möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişlənməsi də prioritet istiqamətlərdən biri hesab olunur. Nəqliyyat və logistika layihələrinin inkişafı təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər. Bu layihələr həm yükdaşımaların artmasına, həm də regionun beynəlxalq ticarət sistemində rolunun güclənməsinə səbəb olur.

Cənab Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə birgə bəyanatında regionda formalaşan yeni reallıqlar barədə belə qeyd etmişdir: “Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq.” Bu fikirlər Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq mərhələsinin başlanması üçün yaranan imkanları əks etdirir. Davamlı sülh və qarşılıqlı əməkdaşlıq mühiti formalaşdığı təqdirdə region ölkələri iqtisadi inkişaf və sabitlik baxımından mühüm nailiyyətlər əldə edə bilərlər. Azərbaycan isə bu prosesdə təşəbbüskar və fəal iştirakçı kimi çıxış edərək regional sülhün möhkəmləndirilməsinə töhfə verməyə davam edir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki