image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-625686264_1451292519683855_7769811446001041501_n

Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir

image-legitimaz-810x90

Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cənab Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti, 2004-cü ildə vəfat etmiş Şeyx Zayed bin Sultan Al Nahyanın xatirəsinə təsis olunub. Mükafatın təsisi 2019-cu ilin fevralında Misirin paytaxtı Qahirə şəhərində yerləşən məşhur İslam ali təhsil və dini institutu Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib ilə Papa Fransiskin birlikdə imzaladıqları İnsan Qardaşlığı Bəyannaməsinə əsaslanır. Bəyannamə, dünya xalqlarını birgəyaşayış, dialoq və sülh ideyalarını təbliğ etməyə çağırır.

Mükafatın əsas məqsədləri sırasında qlobal sülh və insan qardaşlığını təşviq etmək; ayrı-seçkilik, nifrət və radikalizmə qarşı çıxmaq; humanitar təşəbbüslər və dialoq layihələrini dəstəkləmək ideyaları dayanır.

“Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildən bəri dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatlarının təmsilçiləri olan 19 laureata təqdim edilib. Laureatlar müharibə qaçqınlarına dəstək və humanitar yardımlar, uşaqların və qızların təhsili, uğrunda mübarizə aparan lider, cəmiyyətin inkişafı və gənclərin, qadınların gücləndirilməsi, sərhəd və konflikt bölgələrində sülh təşəbbüsləri üzrə fəaliyyətləri ilə seçilən liderlər olur.

Cənab Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışında qeyd etdi ki, “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.

 

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki