image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634374408_1460849222061518_4564385263965688879_n

Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var

image-legitimaz-810x90

Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var

Azərbaycan Serbiya münasibətləri tarixi sınaqlardan çıxaraq tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bunun bariz nümunəsidir ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə yüksəlmişdir. Nümunə sayıla biləcək bu uğurlu əməkdaşlıq modelində liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış səmimi dostluq əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin reallaşmasına əlverişli zəmin yaradaraq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri də bu tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqi kimi yadda qaldı.

Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının baş tutması münasibətlərin nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu iclas ikitərəfli əlaqələrini daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbirdə Prezident Aleksandar Vuçiçin mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilərfikri sadəcə diplomatik ifadə deyildi. Bu, ölkə başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin açıq etirafı idi. Prezident cənab İlham Əliyev mühüm bəyanatla çıxış edərək bildirdi ki, bu gün Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında geniş spektrli məsələlər müzakirə olundu. Ondan əvvəl keçirilən təkbətək görüşdə də ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri ətraflı şəkildə nəzərdən keçirilib və gələcəyə hesablanmış aydın yol xəritəsi müəyyən edilib.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki