image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-amea-2

Bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir,həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir

image-legitimaz-810x90

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə 3 noyabr 2025-ci ildə yığıncaq keçirilib.Prezident İlham Əliyev tədbirdə çıxış edib .

Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü.

Sonra Prezident İlham Əliyev tədbirdə çıxış edərək  Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi,Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzuladı .Əminliklə bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəkdir.

Çıxışında bir çox məsələlərə toxunan prezident İlham Əliyev iqtisadiyyatımızın heç kimdən asılı olmadığını bildirdi.İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan verir. Çünki yenə də demək istəyirəm ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq.

2020-ci il sentyabrın 27-də torpaqlarımızı azad etmək uğrunda apardığımız haqq savaşını 44 gün sonra -10 noyabrda zəfərlə başa vurduq. İndi isə Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır.  Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanın dünyada nüfuzunu artırmışdır.

Bu gün dünya ölkələri Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasında iştirak etməyə maraq göstərirlər. Gələcəkdə açılacaq Zəngəzur dəhlizi region ölkələrinin də iqtisadiyyatına müsbət təsir göstərəcək.Türk xalqlarının birliyini təmin edəcəkdir.

Kəmalə Əliyeva – Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki