image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-sercio-mattarella-beyanat-yeni

Birinci sənəd 2015-ci ildə imzalanmışdır

image-legitimaz-810x90

Birinci sənəd 2015-ci ildə imzalanmışdır

Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də regional və qlobal səviyyədə strateji tərəfdaşlığın uğurlu modelinə çevrilib. Bu münasibətlərin dinamikası Prezident cənab İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın son görüşlərində verilən bəyanatlar fonunda daha aydın görünür. Azərbaycan-İtaliya münasibətlərinin institusional bazası artıq on ildən çoxdur ki, möhkəmlənib. 2015-ci ildə imzalanan ilk strateji tərəfdaşlıq sazişi, 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələri yeni müstəviyə daşıyıb. Bu sənədlər kağız üzərində qalmadı, onların praktik nəticəsi ən çox enerji əməkdaşlığında özünü göstərdi. Trans-Adriatik Qaz Kəməri və ümumilikdə Cənub Qaz Dəhlizi bu siyasi iradənin məhsuludur. İtaliya Prezidentinin birbaşa müdaxiləsi ilə həll edilən maneələr nəticəsində TAP vaxtında işə salındı və artıq Azərbaycan qazı Avropanın 14 ölkəsinə çatdırılır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmaqla yanaşı, Bakının etibarlı tərəfdaş statusunu möhkəmləndirdi.

Enerji resursları Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunu olaraq qalır. İtaliya Azərbaycanın neft ixracında birinci, qaz ixracında ikinci yeri tutur. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 16 milyard dollardan artıq olub ki, bu da İtaliyanı Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevirib. Lakin əməkdaşlıq artıq yalnız enerji ilə məhdudlaşmır. Azərbaycanın Avropa İttifaqına elektrik enerjisi ixracı üzrə apardığı danışıqlar, Xəzərin dibi ilə çəkiləcək yeni enerji xətləri və birgə sənaye layihələri tərəfdaşlığın dayanıqlı xarakterini nümayiş etdirir. Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin infrastruktur və kənd təsərrüfatı layihələrində iştirakı da bu prosesin tərkib hissəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki