Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
Xeberaz.info Bakupost.az-a istinadla xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfəri güllələyiblər.
1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatı araşdırılır.