image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-cq5dam-thumbnail-cropped-750-422

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm

image-legitimaz-810x90

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Zayed İnsan Qardaşlığı Mükafatı nədir və kimlərə təqdim olunur? Bu mükafat 2019-cu ildən etibarən təqdim olunur. Mükafat 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə Əl-Əzhərin Böyük İmamı professor Əhməd Əl-Tayyib və Müqəddəs Papa Fransisk arasında keçirilən tarixi görüşü qeyd etmək üçün təsis edilib. Görüş zamanı onlar İnsan Qardaşlığı Sənədini imzalayıblar. Bəşəriyyət arasında barışığa və sülhə çağıran bu bəyannamənin tarixi əhəmiyyəti nəzərə alınmaqla, iki dini lider 2019-cu ildə bu mükafatın fəxri laureatları seçiliblər. Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa töhvə verən, insanların həyatının daha yaxşılaşdırılmasına təsir göstərən şəxslərə verilir. Mükafata layiq görünənlər arasında BMT-nin baş katibi Antonio Guterres, Roma Papası Francis kimi tanınmış simalar var. Niyə Azərbaycan Prezidenti mükafata layiq görülənlərdəndir? Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi onun bir sıra qlobal təşəbbüslərin müəllifi olması və regionda sülh və əməkdaşlığın formalaşmasına töhvəsi ilə bağlıdır. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma regionda sülh və sabitlik üçün yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni düzənin formalaşmasına birbaşa təsir göstərəcək geo-siyasi mövqeyini daha da gücləndirib. Regionda dayanıqlı sülhün əldə edilməsi, yeni əməkdaşlıq formatının yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirən qətiyyətli mövqe Prezident İlham Əliyevin liderlik bacarığının, uzaqgörən diplomatik səriştəsinin nəticəsidir. Donald Trampın Prezident İlham Əliyevi böyük lider adlandıraraq ona Ağ Evin rəmzi açarını təqdim etməsi də dövlət başçımıza olan hörmətin və böyük etimadın nümunəsidir. İndi əksər ölkələr Azərbaycanla daha dərinləşmiş əməkdaşlıqlar qurmaqla Prezident İlham Əliyevin müəllifi olduğu regional layihələrdə bilavasitə iştiraka çalışırlar. Bu isə Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və liderlik bacarığının bir daha təsdiqidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki