Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.
18 oktyabr 2025-ci il tarixdə Prezident cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə xüsusi vurğulanır ki, ortaq tarixi, mədəni və strateji maraqları olan iki Xəzəryanı dövlət – Azərbaycan və Qazaxıstan getdikcə daha fəal şəkildə Avropa ilə Asiya arasında əlaqələndirici halqaya çevrilir. Son illər ərzində Bakı ilə Astana arasında iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Ötən il Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bu artım, ilk növbədə, Ukraynada müharibənin başlanmasından sonra şimal tranzit dəhlizlərinə alternativlərdən birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə nəqliyyat axınlarının artması hesabına təmin olunub. Prezident cənab İlham Əliyev sözügedən müsahibəsində bu barədə deyib: «Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.» Müsahibədə iki dost və qardaş ölkə arasındakı mədəni əlaqələrə də toxunulub.Ölkəmizin başçısı bildirib ki, hər iki ölkədə mütəmadi olaraq mədəniyyət günlərinin keçirilməsi müsbət hadisədir: «Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.»
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.