image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e7df5ff307a5c6545250525c6027e686

Ararat Mirzoyan imza atandan sonra niyə elə dedi – erməni nazirdən xüsusi açıqlama – FOTO

image-legitimaz-810x90

ABŞ paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

”Xeberaz.info” xəbər verir ki, sazişin tam mətni gələn həftənin bazar ertəsi günü ictimaiyyətə açıqlanacaq.

Tərəflər, eyni zamanda, ATƏT-ə Minsk qrupu və ona bağlı strukturların fəaliyyətinin başa çatdırılması ilə bağlı birgə müraciət imzalayıblar.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sosial şəbəkə “X” platformasında bu hadisəni belə şərh edib:

“Həqiqətən tarixi bir an. Ermənistan Respublikası, region və bütün dünya üçün mühüm və rəmzi bir gündür. Bu gün biz həm də daha möhkəm əlaqələr, rifah və gələcək nəsillərimiz üçün daha yaxşı gələcəyin mümkünlüyünü bəyan edirik.”

ABŞ-da baş tutan bu mərasim Cənubi Qafqazda uzun illər davam edən münaqişənin rəsmi olaraq sona çatdırılması istiqamətində ən mühüm diplomatik addım kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki