Ən son xəbərlər:

10.04.2023/18:59/ Şəmkirdə ötən ilin yekunlarının hesabat yığıncağı keçirilib

Şəmkirdə ötən ilin yekunlarının hesabat yığıncağı keçirilib.

xeberaz.info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Şəmkir rayonunuda keçirilən hesabat yığıncağı 2022-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuşdu. Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin məlumatına görə, rayonun Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra icra başçısı Rəşad Tağıyev giriş sözü ilə yığıncağı açaraq hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, Respublikamızdı yaradılmış ictimai-siyasi sabitlik şəraitində rayonda 2022-ci ildə sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilib. Hesabat ilində rayon İcra Hakimiyyəti başçısı Aparatında geniş Tədbirlər Planı təsdiq edilib və nəzərdə tutulan işlərin böyük bir hissəsi həyata keçirilib.

Görülən işlərin əsasını sosial sahə üzrə vətəndaş müraciəti və qəbulların təşkili, şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələrlə iş, sosial sifarişlərin yığılması və icra mexanizminin hazırlanması təşkil edib. “Vətəndaşların müraciətləri haqqında” AR Qanununa əsasən RİH-in təsdiq edilmiş gündəlik iş rejimindən geniş söhbət açan icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı sayəsində Şəmkir rayonunda olan 19 nəfər şəhid ailəsi və qazilərə 2022-ci ildə Bakı şəhəri, Şəmkir və Samux rayonu ərazisində yerləşən imtiyazlı şəxslər üçün nəzərdə tutulan binalarda mənzillər verilmiş, 114 qazi (ailə üzvü) və şəhid ailəsi üzvü daimi işlə təmin edilmiş, həmçinin rayon İcra Hakimiyyəti tərəfindən şahid ailələrinə, qazilərə və aztəminatlı ailələrə maddi yardımlar edilmiş, dəstək göstərilmişdir.

Rəşad Tağıyev ölkəmizin iqtisadi və sosial həyatında olduğu kimi, Şəmkir rayonunda da iqtisadi sahədə son illər müşahidə olunan sürətli inkişaf 2022-ci ildə də davam etdiyini, istehsal və xidmət sahələrində qazanılan uğurların yüksək artım sürətinin  təmin edildiyini bildirib. Əkin sahələrinin suvarılmasında suyun çatmaması səbəblərindən da söz açan icra başçısı yaranmış vəziyyətlə bağlı araşdırmalar aparıldığını və bu sahədə yaranmış vəziyyətlə bağlı lazımı tədbirlər görüldüyünü bildirmişdir.

İcra başçısı öz çıxışında Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı görülmüş işlərdən söz açıb və rayon ərazisində əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı  Aparatında müsabiqə yolu ilə kadr bankının yaradılmasını və bu yolla yüksək nəticə əldə etmiş namizədlərdən 25 nəfərin Şəmkir RİHB Aparatında və icra nümayəndəliklərində işlə təmin olunmasını da bildirib.  

İl ərzində  rayonda həyata keçrilmiş investisiya layihələrinin kənd təsərrüfatı məhsulları istehsalı, satışı, istixana və yaşayış binaları tikintisi, ticarət və digər xidmət sahələrini əhatə etdiyini qeyd edən Rəşad Tağıyev rayonda abadlıq-quruculuq işlərinə  də geniş yer verildiyini bildirib.

İcra başçısı öz hesabat məruzəsində Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət sayəsində rayonda  yeni tikilən və əaslı təmir olunan məktəb binalarından, kənd təsərrüfatının inkişafı üçün görülən işlərdən və əldə edilmiş yüksək nəticələrdən, rayonun elektrik, qaz, içməli su təsərrüfatında, avtomobil yolları və telekommunikasiya sahəsində uğurların əldə olunmasından geniş söz açıb.

Rəşad Tağıyev məruzəsini: “2023-cü ildə də Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm iqtisadi və sosialyönümlü layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən cari ildə rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək” – sözləri ilə bitirib.