Ən son xəbərlər:

10.04.2023/18:52/ Növbəti təlim “Kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib

Növbəti təlim “Kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.

xeberaz.info Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, “Kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Beynəlxalq idarəetmə standartları” mövzusunda keçirilən təlim Göygöl rayon İcra Hakimiyətində gerçəkləşib. İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyi təlimdə İSO Standartları üzrə ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Şərifov iştirakçılara Beynəlxalq standartlaşma təşkilatı (İSO), onun yaranma tarixi, üzvlük qaydaları, strukturu, standartları hazırlayan komitələrin yeri, rolu və istiqamətləri, onların sırasından idarəetmə standartlarının yaranma zərurəti və hazırda ən çox yayılmış İSO idarəetmə standartları və onların mahiyyəti haqqında müfəssəl məlumat verib.

Göygöl rayon İcra Hakimiyyətinin məlumatına istinadən, interaktiv formatda keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Sonda QR kod vasitəsi ilə iştirakçılar təlimi qiymətləndiriblər.