Ən son xəbərlər:

10.04.2023/18:08 / Ukrayna Rusiya ilə sərhədi keçmə proseduru ilə bağlı razılaşmadan çıxıb

Ukrayna Rusiya ilə sərhədi keçmə proseduru ilə bağlı razılaşmadan çıxıb.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Ukrayna birtərəfli qaydada Rusiya ilə sərhədyanı rayonların sakinlərinin sərhədi keçməsi proseduru haqqında sazişdən çıxıb. Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında məlumat verib.

O, bəyan edib ki, ölkə hakimiyyəti bir sıra ölkələrlə müqavilələrə xitam verib və ya düzəlişlər edib. Onların arasında Rusiya ilə sərhədi keçmək haqqında müqavilə də var. İclasda həmçinin nəqliyyat tariflərinin müəyyən edilməsində Rusiya ilə razılaşdırılmış siyasətin aparılmasına dair sazişdən çıxmaq qərara alınıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin Rusiya ilə strateji raket sistemlərinə nəzarət haqqında sazişdən çıxması haqqında fərman imzaladığı bildirilib.

Eyni zamanda, fevral ayında Kiyev Rusiya ilə Kerç boğazı və Azov dənizindən istifadə sahəsində əməkdaşlığa dair sazişi pisləyib.