Ən son xəbərlər:

10.04.2023/17:33 / Zelenski Rusiyaya qarşı kömək müqabilində Qərbi Ukrayna ərazisini vəd edib

Zelenski Rusiyaya qarşı kömək müqabilində Qərbi Ukrayna ərazisini vəd edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı yardım müqabilində Polşa hakimiyyətinə Qərbi Ukrayna ərazisini verməyi vəd edib. Bu barədə Niezależnıy Dziennik Polityczny portalının müəllifi Marek Qala bildirib.

“Zelenski yeganə düzgün qərar verdi – Anjey Duda ilə ilk görüşündə açıqlanan mövzuya qayıtmaq və Ukraynanın qərb hissəsini Polşaya qaytarmaq”, – Qala belə deyib.

Onun sözlərinə görə, Zelenski Ukraynanın xarici dövlət borcunu ödəmək müqabilində yenidən Polşa bizneslərinə Ukraynanın ən böyük müəssisələrini almağı təklif etmək qərarına gəlib.

Aprelin 5-də Zelenski qələbədən sonra Ukrayna ilə Polşa arasında sərhədlərin olmayacağını bəyan edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukrayna prezidentinin bu cür bəyanatları dəqiqləşdirmə tələb edir.