Ən son xəbərlər:

10.04.2023/16:43 / Türkiyənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsi 75 milyard dollara yüksələcək

Türkiyənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsi 75 milyard dollara yüksələcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökumət ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir.

“Tender mərhələsində olan layihələri nəzərə alaraq, biz müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdırırıq”, – TASS onun sözlərindən sitat gətirib.

Ərdoğan qeyd edib ki, 2002-ci ildən Türkiyənin müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı 56-dan 2700-ə yüksəlib.