Ən son xəbərlər:

10.04.2023/07:37 / Kiyev Qərbin vəd etdiyi hava hücumundan müdafiə sistemlərini gözləyir

Kiyev Qərbin vəd etdiyi hava hücumundan müdafiə sistemlərini gözləyir.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Qərbin Kiyevə vəd etdiyi hava hücumundan müdafiə sistemləri tezliklə Ukraynaya çatmalıdır. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının müşaviri Yuri İqnat ümumkrayna telemarafonunun efirində bildirib.

“Ukraynaya daha çox vəsait ayrılmalıdır. Söhbət artıq təmin edəcəyimiz sistemlərdən – NASAMS, Iris-T, eləcə də yaxın gələcəkdə Ukraynaya daxil olacaq Patriot və SAMP/T sistemlərindən gedir. Yuri İqnat belə bildirib

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyini bildirmişdi.