Ən son xəbərlər:

10.04.2023/07:20 / ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə doğru istiqamət alır

ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə doğru istiqamət alır.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  ABŞ-ın nüvə hücumu həyata keçirən Florida sualtı qayığı Süveyş kanalından keçərək Qırmızı dənizə doğru irəliləyir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Hawkins Reuters agentliyinə bildirib ki, ABŞ Bəhreyndə donanmasını gücləndirir və Tomaqavk raketini daşıyan nüvə sualtı qayığında patrul xidməti İranı çəkindirmək və dünyanın ən işlək gəmi yollarından birini sabit saxlamaq məqsədi daşıyır.

“Son hadisələr, o cümlədən Suriyadakı zərbələr və İranın ticarət gəmilərinə açıq təhdidləri bizi regional dənizçilərə ayıq-sayıq olmağı xatırlatmağa vadar edir”. Bu barədə 5-ci Donanmanın sözçüsü Timoti Hokins “The Washington Post”a bildirib.

Nəşr qeyd edib ki, sualtı qayığın yeri ilə bağlı rəsmi xəbərlər qeyri-adidir, çünki bu, adətən edilmir. Mənbələr “The Washington Post”a bildiriblər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi və Ərəbistan dənizində İsrail ticarət gəmilərinə pilotsuz təyyarə ilə hücum hazırlayır.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın bir ekspert nəşrə bildirib ki, İran İsrailin Suriyada SEPAH-ın iki üzvünün ölümünə səbəb olan aviazərbələrinə görə qisas almağa hazırlaşır.