Ən son xəbərlər:

10.04.2023/07: 05 / Rusiyada 130 mindən çox ev elektrik enerjisi ilə qızdırılacaq

Rusiyada 130 mindən çox ev elektrik enerjisi ilə qızdırılacaq.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Rusiya hökuməti 130 mindən çox evi elektrik isitmə sisteminə keçirməyi planlaşdırır. Rusiya hökuməti ölkənin bir sıra regionlarında 130 mindən çox evi elektriklə isitməyə keçirmək niyyətindədir. Bu barədə “İzvestiya” Dövlət Şurasının energetika üzrə Komissiyasının iclasının sənədlərinə istinadən yazır.

Sənəddə qeyd olunur ki, Rusiyada Krasnoyarsk diyarı, Xakasiya, Tuva və Buryatiyada 132,7 min ev elektrik isitmə sisteminə keçəcək. Yalnız dörd subyektdə şəbəkə infrastrukturunun yenidən qurulması təxminən 40 milyard rubl tələb edəcəkdir.

Sənəddə həmçinin bildirilir ki, Baş nazirin müavini Aleksandr Novak Təbii Sərvətlər Nazirliyinə, Energetika Nazirliyinə, Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə aprelin 26-dək bu təşəbbüsün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında hökumət qərarının layihəsini hazırlamağı tapşırıb.

Rusiya Energetika Nazirliyinin rəis müavini Pavel Snikkars bildirib ki, elektriklə isitməyə keçid atmosferə tullantıların azaldılmasına yönəlmiş Təmiz Hava federal layihəsi üçün potensial tədbirlərdən biridir.