Ən son xəbərlər:

10.04.2023/06:39 / Almaniya 14 milyard avro büdcə kəsiri proqnozlaşdırıb

Almaniya Maliyyə Nazirliyi: 2024-cü ildə Almaniyanın büdcə kəsiri ən azı 14 milyard avro olacaq.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, 2024-cü ildə Almaniyanın federal büdcə kəsiri ən azı 14 milyard avro olacaq. EADaily yazır ki, bunu ölkənin maliyyə naziri Kristian Lindne deyib.

Siyasətçinin fikrincə, müdafiə və ya təhsil üçün əlavə maliyyəyə ehtiyac yaranarsa, digər sahələrdə vəsait kəsilməli olacaq.

Nazir kommunal xidmətlərin tariflərinin artırılmasını nəzərə almağa çağırıb. “Təəssüf ki, may ayında vergi smetasının büdcənin bütün problemlərini həll edəcəyinə ümid edənlər yanılırlar”, – o belə vurğulayıb.

Bundan əvvəl “Dai-ichi Life” sığorta şirkətinin tədqiqat institutunun ekspertləri bildirmişdilər ki, Almaniya 5 il ərzində ÜDM-in həcminə görə Yaponiyanı keçə və bununla da dünyada üçüncü iqtisadiyyat statusu ala bilər.