Ən son xəbərlər:

10.04.2023/06:09 / Beynəlxalq ticarətin parçalanması qlobal ÜDM-in 7%-nə başa gələcək

Dünya Bankının rəhbəri kasıb ölkələrin borcları ilə çıxılmaz vəziyyətdən çıxmağa çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Dünya Bankının rəhbəri Devid Malpass dünyanın ən yoxsul ölkələrinin borclarına xidmət və restrukturizasiya ilə çıxılmaz vəziyyətdən çıxış yollarını tapmağa çağırıb.

Malpass bildirib ki, qarşıdan gələn yaz sessiyasında  xüsusilə dünyanın ən yoxsul ölkələrində borcun restrukturizasiyası ilə çıxılmaz vəziyyətin həlli müzakirələrin mərkəzində olacaq.

Malpass müvafiq məsələni Hindistan, Efiopiya, Yamayka maliyyə departamentlərinin rəhbərləri, həmçinin BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva ilə müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

“Mən borcun dalana dirənməsinin, yəni borcun restrukturizasiyası prosesinin əvvəlində borclu ölkənin tələbi ilə borcun xidmətinin rəsmi dayandırılmasının ciddi müzakirəsini görmək istərdim”, – deyə o izah edib.

Daha əvvəl Georgiyeva bildirib ki, beynəlxalq ticarətin parçalanması qlobal ÜDM-in 7%-nə başa gələcək.