Ən son xəbərlər:

10.04.2023/05:47/ ABŞ-da şəbəkəyə daxil olan məxfi sənədlərin saxta ola biləcəyi istisna edilmir

ABŞ-da şəbəkəyə daxil olan məxfi sənədlərin saxta ola biləcəyi istisna edilmir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Sosial şəbəkələrdə sızan, Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və NATO-nun onları gücləndirmək planlarını təsvir edən məxfi sənədlərin saxta olduğu ortaya çıxa bilər. Reuters-in adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, səlahiyyətlilər sızan sənədlərin mənbəyini araşdırır. Sənədlərin həqiqiliyinin müstəqil yoxlanışı hələ həyata keçirilməyib.

“Onlar sənədlərin mənşəyi barədə müstəntiqləri çaşdırmaq və ya yalan məlumat yaymaq üçün saxta ola biləcəyini istisna etmirlər”, – agentliyin həmsöhbətləri belə bildirir. İstintaqın ilkin mərhələdə olduğu bildirilir.

Bundan əvvəl “The New York Times” qeyd etmişdi ki, ABŞ hakimiyyəti bu sənədləri sosial şəbəkələrdən silmək üzərində işləyir, lakin indiyədək bu sənədlər silinməyib.