Ən son xəbərlər:

07.04.2023/15:36/ Goranboyda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib

Goranboyda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.

xeberaz. info Goranboy Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Goranboy rayonunun mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun əməkdaşlarının və müəllimlərin iştirakı ilə keçirilən konfransın mövzusu “Heydər Əliyev və Azərbaycan təhsili” olub.

Konfrans “2023-cü il – Heydər Əliyev İli” ilə bağlı rayonda keçirilən silsilə tədbirlərdən biridir.