Ən son xəbərlər:

07.04.2023/15:25/ Növbəti qanvermə aksiyası Göygöldə keçirilib

Növbəti qanvermə aksiyası Göygöldə keçirilib.

xeberaz. info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Mərkəzi xəstəxanasının akt zalında keçirilən qanvermə aksiyası müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi daşıyıb.

Qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən müayinə edildikdən sonra aksiyada iştirak etmək hüququ qazanıblar.