Ən son xəbərlər:

07.04.2023/15:11/ Şəmkirdə Əmək yarmarkası təşkil edilib

Şəmkirdə Əmək yarmarkası təşkil edilib.

xeberaz. info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Şəmkir rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası keçirilib. Yarmarkada işaxtaranlara 130 vakant iş yeri təklif olunub.

İş təklifləri iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazalarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edən Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 18 müəssisədə vakant iş yerləri təqdim edilib.

İşəgötürənlər tərəfindən yarmarkada 270 müraciət qeydə alınıb. Vakant yerlər üzrə təklif edilən əməkhaqqı isə 345-800 manat arasında olub.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əmək yarmarkasının gedişatı ilə tanış olub. İcra başçısı: “Bu gün dövlətimiz işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir və bu yarmarkanın keçirilməsində məqsəd də işaxtaranların bu imkanlardan maksimum istifadə etməsinə şərait yaratmaqdır” – deyib.

İcra başçısına yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparıldığı bildirilib.