Ən son xəbərlər:

07.04.2023/07:05/ AB Çinin Rusiyaya silah verməyəcəyinə ümid edir

AB Çinin Rusiyaya silah verməyəcəyinə ümid edir.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Avropa Birliyi Çindən Ukraynada ədalətli sülhün bərqərar olmasını gözləyir və Çinin Rusiyaya silah tədarük etməyəcəyinə ümid edir. Bu barədə ötən gün, aprelin 6-da TASS xəbər verir ki, Pekində Çin rəhbərliyi ilə söhbətdən sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

Biz gözləyirik ki, Çin Rusiyaya birbaşa və ya dolayısı ilə heç bir silah tədarük etməyəcək. Bu, Aİ ilə Çin arasındakı münasibətlərə ciddi təsir edir, – Ursula fon der Leyen belə bildirib.

Onun sözlərinə görə, Aİ Çindən Ukraynada ölkənin suverenliyinə hörmət əsasında ədalətli sülhün təşviqini gözləyir.