Ən son xəbərlər:
Radar Telefunken FuMG 65 Würzburg giant from World War II, Gatow Airport, Berlin, Germany, Europe

07.04.2023/06:22/ Kanada Alyaska ilə sərhəddə üfüqarxası radar quraşdırmağa hazırlaşır

Kanada Alyaska ilə sərhəddə üfüqarxası radar quraşdırmağa hazırlaşır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Kanada Şimali Amerika şəhərlərini şimaldan gələn təhdidlərdən qorumağa kömək edəcək erkən xəbərdarlıq radarı quraşdırmaq üçün Birləşmiş Ştatlar ilə sərhəd boyunca yerləri müəyyən etməyə çalışır. Bu barədə cümə axşamı Defense News nəçri bildirib.

Üfüqarxası arktik radiolokasiya stansiyası Ontarionun cənubunda yerləşəcək və o, Alyaskaya uzaq məsafədən yaxınlaşan təhlükələri aşkar etmək imkanı verəcək, – nəşr  belə yazır.

Bu planları Kanadanın baş naziri Castin Trüdo martın 24-də ABŞ prezidenti Co Baydenin Ottavaya səfəri zamanı açıqlayıb. Layihənin dəyəri 743 milyon dollardır və Şimali Amerikanın əsas əhali mərkəzləri üçün mümkün təhlükələri izləmək məqsədi daşıyır.