Ən son xəbərlər:

07.04.2023/05:27/ Azərbaycan 4 iranlı diplomatı persona non-qrata elan edib

Azərbaycan 4 iranlı diplomatı persona non-qrata elan edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri barədə göstəriş verilib. Bu barədə cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə məlumat verilib ki, səfirliyin dörd əməkdaşı diplomatik statusa və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətə görə persona non-qrata elan edilib. Həmin işçilərdən 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olunur, – məlumatda belə deyilir.