Ən son xəbərlər:

02.04.2023 /19:09/ Rusiya neft hasilatının könüllü azaldılmasını 2023-cü ilin sonuna qədər uzadıb

Rusiya neft hasilatının könüllü azaldılmasını 2023-cü ilin sonuna qədər uzadıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Nazirlər Kabinetinin internet saytında dərc olunan baş nazirin müavini Aleksandr Novakın bəyanatına görə, Rusiya neft hasilatının könüllü olaraq sutkada 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadıb.

Novakın sözlərinə görə, bu gün qlobal neft bazarı ABŞ və Avropada davam edən bank böhranı, eləcə də enerji siyasətində qlobal qeyri-müəyyənlik səbəbindən yüksək volatillik və gözlənilməzlik dövrünü yaşayır.

Baş nazirin müavininin sözlərinə görə, bazarda dəqiq proqnozlaşdırıla bilənlik enerji təhlükəsizliyinin təmin edilməsində əsas elementdir.

Məsuliyyətli və qabaqlayıcı tədbir olaraq, Rusiya müstəqil mənbələrə əsasən müəyyən edilmiş orta fevral hasilat səviyyəsindən 2023-cü ilin sonuna qədər gündəlik 500 min barel könüllü azalma həyata keçirir, – Aleksandr Novak belə izah edib.

Daha əvvəl Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov bildirmişdi ki, Rusiya Aİ-nin embarqosu səbəbindən azalan neft ixracının bütün həcmlərini başqa bazarlara yönləndirib.