Ən son xəbərlər:

02.04.2023 /18: 41 / Oskar, Qremmi, BAFTA və Qızıl Qlobus qalibi Ryuiçi Sakamoto vəfat etdi

Oskar, Qremmi, BAFTA və Qızıl Qlobus qalibi Ryuiçi Sakamoto vəfat etdi.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Musiqiçi, prodüser, ən məşhur və titullu müasir yapon bəstəkarlarından biri olan Ryuiçi Sakamoto 72 yaşında vəfat edib.

Sakamoto Oskar, Qremmi, BAFTA mükafatı laureatı və iki dəfə Qızıl Qlobus mükafatçısıdır. Sənətçinin çoxlu solo və birgə yazıları, bir çox film və seriallar üçün musiqisi var. Onların arasında – “Son imperator”, “Cənnət pərdəsi altında” və Bertoluççinin “Kiçik Budda”, “Uğultulu yüksəkliklər”, “Sağ qalan”, “Kənizin tarixi”, “Vəhşi xurma”, “Babil” kimi əsərləri var.

Sənətçi martın 28-də dünyasını dəyişib. Bu barədə məlumat onun sosial şəbəkədəki rəsmi hesabında yer alıb. Musiqiçi 4-cü mərhələdə rektum xərçəngi ilə mübarizə aparıb, sonra xəstəlik hər iki ağciyərə yayılıb.